•   
  •   
  •   
  •   
  •   
  • AZE  
  • ENG  

  • Məxfilik siyasəti
  • PROSYS MMC hər zaman istifadəçilərin şəxsi məlumatlarının məxfiliyi və təhlükəsizliyinə ciddi yanaşır. Məxfilik siyasətimiz veb saytın istifadəçilərindən əldə olunan şəxsi məlumatların heç bir halda üçüncü şəxslərə çatdırılmamasını dəstəkləyir. PROSYS MMC veb saytda karyera və əlaqə bölmələrindən müxtəlif məlumatlar əldə edir. Bundan əlavə, biz sizin kompüterinizin İP-ünvanını qeydə alaraq, daxil olduğunuz səhifələr və cihazınız (cihazın adı, model, əməliyyat sistemi) haqqında məlumatları əldə edib yadda saxlayırıq. Biz əldə olunan məlumatları istifadəçi tərəfindən verilən sualların cavablandırılması üçün istifadə edirik. Bununla yanaşı, əldə olunan məlumatlar saytın idarə olunması və inkişafı üçün analitikada istifadə olunur. PROSYS MMC-nin veb saytında digər veb-sayt və mənbələrə aparan linklərə rast gələ bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, biz həmin saytların məxfiliyinə görə məsuliyyət daşımırıq və digər səhifələri baş çəkərkən, məxfilik siyasətləri ilə tanış olmağınızı sizə məsləhət görürük. Bu qaydalar yalnız bizim saytda toplanılan məlumatlara şamil olunur. PROSYS MMC-nin veb saytından istifadə edərək barənizdə məlumatların toplanması və işlənməsinə razılıq bildirmiş hesab edilirsiniz. Veb saytın xidmətlərindən istifadə çərçivəsində istifadəçilər tərəfindən təqdim edilmiş şəxsi məlumatlar və əlaqə vasitələri (ünvan, telefon, e-mail ünvanı və s.) üçüncü tərəfə ötürülmür.